...

Ölkəyə qanunsuz yolla xeyli sayda mobil telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 7 Mart 2018 09:57 (UTC +04:00)
"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Ölkəyə qanunsuz yolla xeyli sayda mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa sol "qanadının" içərisində 49 ədəd müxtəlif markalı telefonlar, qabaq sol "qanadında" isə həmin telefonlara aid 49 ədəd qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti