...

Çində 100-dən çox məmur məhkəmə qarşısında - Korrupsiya bəlası...

Hadisə Materials 9 Mart 2018 16:25 (UTC +04:00)
Çin rəhbərliyi 2013-2017-ci ilıər ərzində 101 yüksək vəzifəli şəxs barədə korrupsiya ilə bağlı cinayət işi başlayıb.
Çində 100-dən çox məmur məhkəmə qarşısında - Korrupsiya bəlası...

Bakı. Trend:

Çin rəhbərliyi 2013-2017-ci ilıər ərzində 101 yüksək vəzifəli şəxs barədə korrupsiya ilə bağlı cinayət işi başlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ali xalq məhkəməsinin hesabatında deyilir.

Hesabat Xalq Nümayəndələri Məclisinin birinci sessiyası zamanı səsləndirilib.

Qeyd olunur ki, cinayət işinə cəlb olunan məmurlar arasında əyalət və nazirlik səviyyəsində yüksək səlahiyyətli şəxslər də yer alır.

Ümumilikdə, 5 il ərzində Çin məhkəmələri 263 min nəfər barəsində 195 min korrupsiya işini nəzərdən keçirib. 13 mindən çox şəxs rüşvət alıb-verməkdə təqsirli bilinib.

Qeyd edəki ki, Çində korrupsiya ilə mübarizə Si Tzinpinin 2013-cü ildə hakimiyyətə gəlməsindən sonra başladı. Bu müddət ərzində müxtəlif səviyyələrdə 1,53 milyondan çox adam barəsində araşdırma aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti