...

Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana götürülüb

Hadisə Materials 14 Mart 2018 17:55 (UTC +04:00)
Bakı, Sumqayıt və Biləsuvar sakinlərində narkotik vasitə aşkarlanıb.
Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana götürülüb

Bakı. Trend:

Bakı şəhər sakini A.Əkbərovdan heroin götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Əkbərovdan 605 qram heroin götürülüb.

Sumqayıt şəhər sakini A.Allahverdiyevdən isə marixuana götürülüb.

Belə ki, Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Allahverdiyevdə 480 qram marixuana aşkarlanıb.

Biləsuvarda isə şəhər sakini Ə.Ağayevdə marixuana və heroin aşkarlanıb.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş Ənvər Ağayevdən 480 qram marixuana və 0,313 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti