...

"Bulaq" restoranındakı atışmada təqsirləndirilən şəxs apellyasiya şikayəti verdi

Hadisə Materials 15 Mart 2018 11:05 (UTC +04:00)
Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilən Tofiq Qaramizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
"Bulaq" restoranındakı atışmada təqsirləndirilən şəxs apellyasiya şikayəti verdi

Bakı. Samir Əli - Trend:

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilən Tofiq Qaramizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bu barədə Trend-ə T. Qaramizadənin vəkili Vüqar Babayev məlumat verib.

Vəkil bildirib ki, şikayətdə T. Qaramizadəyə bəraət istənilib. Şikayət artıq məhkəməyə təqdim edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Tofiq Qaramizadə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev, Hüseyn Hüseynov və Samir Allahyarov tutulublar.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti