...

Balakəndə yanğın baş verib

Hadisə Materials 23 Mart 2018 18:41 (UTC +04:00)
Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.
Balakəndə yanğın baş verib

Bakı. Trend:

Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Qasbinə kəndində fermanın ərazisində talvarın altına yığılmış 11 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti