...

Gəncədə azyaşlı kanalda batıb

Hadisə Materials 24 Mart 2018 18:01 (UTC +04:00)
Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Gəncədə azyaşlı kanalda batıb

Bakı. Trend:

Gəncədə azyaşlı kanalda batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda 1 nəfər azyaşlının batdığı ehtimal edilir.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbər lenti

Xəbər lenti