...

Şəkidə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 30 Mart 2018 10:14 (UTC +04:00)
Şəkidə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Şəkidə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. Trend:

Şəkidə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, martın 29-da Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Rafiq Adilov şəhər ərazisində saxlanılmış və şübhəli şəxs kimi Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbanın içərisində çəkisi 1 kq 05 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0.312 qr heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti