...

Mingəçevirdə zavoddan oğurluq edən şəxs tutuldu

Hadisə Materials 2 Aprel 2018 14:07 (UTC +04:00)
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.
Mingəçevirdə zavoddan oğurluq edən şəxs tutuldu

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti