...

Yay gəlməmiş 100 nəfər dondurmadan zəhərləndi

Hadisə Materials 2 Aprel 2018 16:16 (UTC +04:00)
Qazaxıstanın Çimkənt şəhərində dondurmadan kütləvi zəhərlənmə baş verib.
Yay gəlməmiş 100 nəfər dondurmadan zəhərləndi

Bakı. Trend:

Qazaxıstanın Çimkənt şəhərində dondurmadan kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, 100 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Xəstəxanaya müraciət edənlərdən 38-nin ambulator müalicə üçün artıq evə buraxıldığı, qalan xəstələrin isə yaxın günlərdə buraxılacağı bildirilib.

Zəhərlənməyə səbəb olması ehtimal edilən dondurmalardan nümunələr artıq laborator müayinələrə təqdim olunub. İnsidentlə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti