Bakı. Trend:
Finlandiyanın şərqində qatarın relsdən çıxması nəticəsində 50 min litr toksik maddə olan metilbutil efiri ətraf mühitə daxil olub.
Trend-in məlumatına görə, insident Myantyuxaryu bölgəsində qeydə alınıb.
“Ətraf mühitə dəyən ziyan həddindən artıq çoxdur. Maddə zəhərli olduğundan təbiyətə təsir göstərə bilər”, - deyə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.
Hadisə yerinə xilasedicilər və ekologların cəlb olunduğu bildirilir. Hal-hazırda qatarın relsdən çıxmasının səbəbləri araşdırılır.