Bakı. Trend:
Qusar rayonunda ev yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.
Qeyd olunur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.