...

Saatlıda 5 otaqlı ev yanıb

Hadisə Materials 16 Aprel 2018 02:44 (UTC +04:00)
Saatlıda yanğın qeydə alınıb
Saatlıda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Saatlıda yanğın qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m2 sahədə, 4 otağının və mətbəxinin yanar konstruksiyaları 140 m2 sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti