Bakı. Trend:
Meksikada 50 ən azıavtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə ölkənin şimal-şərqində Nuevo-Leon ştatında qeydə alınıb.
İnsident nəticəsində ən azı 15 nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumata əsasən, qəzaya səbəb pis görüntü olub.
Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və həkim briqadaları cəlb olunub.