...

Kürdəmirdə yol qəzasında 2 nəfər öldü

Hadisə Materials 2 May 2018 11:16 (UTC +04:00)
Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəmirdə yol qəzasında 2 nəfər öldü

Bakı. Trend:

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 19 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində Beyi kənd sakini Sənan Həsənovun və Zərdab rayon sakini Ağaveyis Yusubovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə A.Yusubovun sərnişinlərindən Xəlil İsmayılov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə S.Həsənov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, M.Həsənova orada ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti