...

Bakıda avtoyuma məntəqəsində yanğın olub

Hadisə Materials 5 May 2018 22:02 (UTC +04:00)
Bakıda avtoyuma məntəqəsində yanğın baş verib
Bakıda avtoyuma məntəqəsində yanğın olub

Bakı. Trend:

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.

Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti