Bakı. Trend:
Masallı rayonunun Kalinovka kəndində traktorun 2 qoşqusunun yanar hissələri və qoşqularına yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.