...

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb

Hadisə Materials 21 May 2018 11:16 (UTC +04:00)
Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb.
Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb

Bakı. Trend:

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb.

DGK-dan Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti