...

FHN: Xəzərdə içərisində 2 nəfərin meyiti olan qayıq aşkarlanıb

Hadisə Materials 24 May 2018 16:31 (UTC +04:00)
içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.
FHN: Xəzərdə içərisində 2 nəfərin meyiti olan qayıq aşkarlanıb

Bakı. Trend:

Xəzərdə içərisində 2 nəfərin meyiti olan qayıq aşkarlanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub.

Hal-hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti