Bakı. Trend:
Qazax rayonunda yanğın baş verib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Daş Salahlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Bitişik tövlə və yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.