Bakı. Trend:
Moskvada əsən güclü külək nəticəsində 6 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, xəsarət alanlardan 2 nəfər uşaqdır. Şəhər Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun xəsarət alanların vəziyyətinin orta ağırlıqda olduğunu bildirib.
Güclü külək paytaxtda da fəsadlar yaradıb, bir neçə ağacı kökündən qoparıb.
Güclü küləyin şəhər ərazisində davam edəcəyi bildirilib.
Sakinlərə reklam lövhələri və bu kimi konstruksiyalardan uzaq durmaq tövsiyə edilir.