...

Venesuelada Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb

Hadisə Materials 1 İyun 2018 05:33 (UTC +04:00)
Venesuelanın Dəniz Qüvvələrinə məxsus helikopteri, cümə axşamı günü Karabobo ştatının Puerto Kabelyo şəhəri yaxınlığında qəzaya uğrayıb.
Venesuelada Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb

Bakı. Trend:

Venesuelanın Dəniz Qüvvələrinə məxsus helikopteri, cümə axşamı günü Karabobo ştatının Puerto Kabelyo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Verilən məlumata əsasən, qəza zamanı bir nəfər həlak olub, bir nəfər yaralanıb. Helikopterdə neçə nəfər adamın olduğu haqda xəbər verilmir.

Bəzi yerli KİV-lərin verdiyi məlumata əsasən, Bell 212 çox məqsədli helikopter qəzaya uğrayıb.

Venesuela hakimiyyəti orqanları tərəfindən qəza haqqında məlumatın rəsmi təsdiqi hələ də gəlməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti