...

Bakıda zavod ərazisində yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 4 İyun 2018 15:28 (UTC +04:00)
Bakı Poladtökmə Zavodunun ərazisində yanğın baş verib.
Bakıda zavod ərazisində yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

İlkin məlumata görə, təxminən 200 kv.m ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.

X X X

15:16

Bakı Poladtökmə Zavodunun ərazisində yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Nazirlik bildirir ki, yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti