...

Xaçmazda 10 gün əvvəl törədilən qətlin üstü açılıb

Hadisə Materials 12 İyun 2018 13:03 (UTC +04:00)
Xacmaz rayon sakini Şahin İmanov tanışı Elbrus ilə birlikdə Mirzağa adlı şəxsi qətlə yetirdikləri barədə məlumat verib
Xaçmazda 10 gün əvvəl törədilən qətlin üstü açılıb

Bakı. Trend:

Xacmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti