...

Çində bıçaqla hücum - 3 nəfər öldü, 5 nəfər xəstəxanaya düşdü

Hadisə Materials 14 İyun 2018 13:57 (UTC +04:00)
Çinin Şanxay şəhərində bıçaqla silahlanmış şəxs 3 nəfəri qətlə yetirib
Çində bıçaqla hücum - 3 nəfər öldü, 5 nəfər xəstəxanaya düşdü

Bakı. Trend:

Çinin Şanxay şəhərində bıçaqla silahlanmış şəxs 3 nəfəri qətlə yetirib. Trend-in məlumatına görə, insident nəticəsində daha beş nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, xəsarət alanlardan biri hücumun qarşısını almaq istəyən polis əməkdaşı olub. Nəticədə hücum edən şəxs özü də yaralanıb və polis tərəfindən saxlanılıb.

Hazırda hücumla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti