...

Ceyranbatan qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub

Hadisə Materials 22 İyun 2018 13:54 (UTC +04:00)
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Ceyranbatan qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub

Bakı. Trend:

Ceyranbatan qəsəbəsində yolu keçən piyadanı avtomobil vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 21-də saat 16 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Natiq Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Siyab Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşıdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti