...

Bakıda əcnəbi vətəndaşdan oğurluq edən şəxs tutulub

Hadisə Materials 6 İyul 2018 11:30 (UTC +04:00)
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.
Bakıda əcnəbi vətəndaşdan oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti