...

Sabirabadda dünyasını dəyişən şəxsin həyətində külli miqdarda narkotik aşkarlandı

Hadisə Materials 7 İyul 2018 11:59 (UTC +04:00)
Sabirabad rayonunda həyətdə narkotik plantasiyası aşkarlanıb.
Sabirabadda dünyasını dəyişən şəxsin həyətində külli miqdarda narkotik aşkarlandı

Bakı. Samir Əli - Trend:

Sabirabad rayonunda həyətdə narkotik plantasiyası aşkarlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Həşimxanlı kəndində baş verib.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndində yaşayan 2002-ci il təvəllüdlü Xancanov Vasif Asif oğlunun dünyasını dəyişmiş əmisi Hüsən Xancanovun sahibsiz qalmış evinin həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı həyətyanı sahədə 91 ədəd yaş vəziyyətdə çəkisi 7 kiloqram olan narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda narkotik vasitənin əkilib-becərilməsində iştirakı olan şəxslərin müəyyənləşdirilməsilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti