...

Daşkəsəndə həmkəndlisinə güllə atan şəxs tutulub - Silahla birgə

Hadisə Materials 11 İyul 2018 13:34 (UTC +04:00)
Daşkəsəndə həmkəndlisinə güllə atan şəxs tutulub
Daşkəsəndə həmkəndlisinə güllə atan şəxs tutulub - Silahla birgə

Bakı. Trend:

Daşkəsəndə həmkəndlisinə güllə atan şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 10-da Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb. Nəticədə E.Məmmədov yüngül xəsarət alıb.

S.Məmmədov Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti