...

Balkakəndə evləri qarət edən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 4 Avqust 2018 10:58 (UTC +04:00)
İyul ayının 9-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən 2 ədəd qızıl-zinət əşyasının və 300 manat pulunun oğurlandığını bildirib.
Balkakəndə evləri qarət edən keçmiş məhkum saxlanılıb

Bakı. Samir Əli - Trend:

İyul ayının 9-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən 2 ədəd qızıl-zinət əşyasının və 300 manat pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-tədbirləri nəticəsində oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Burcalıyev olduğu məlum olub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. F.Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Balakən rayonunda daha 2 evdən də oğurluq etdiyi məlum olub. Belə ki, iyulun 18-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkar edilib.

Oğurlanmış qızıllar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti