...

Bakıda mağazaya basqın olub, xəsarət alan var

Hadisə Materials 11 Avqust 2018 20:40 (UTC +04:00)
Nərimanov rayonu ərazisindəki mağazaların birindən soyğun törətməkdə şübhəli bilinən T.Mirzəzadə saxlanılıb, daha bir nəfər müəyyən edilib
Bakıda mağazaya basqın olub, xəsarət alan var

Bakı. Trend:

Bakıda mağazaya basqın olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən Lənkəran rayon sakini Turan Mirzəzadə saxlanılıb, həmyerlisi olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti