...

ABŞ-da "Florens" qasırğası 34 nəfərin ölümünə səbəb olub

Hadisə Materials 19 Sentyabr 2018 06:13 (UTC +04:00)
ABŞ-da "Florens" qasırğası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
ABŞ-da "Florens" qasırğası 34 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-da "Florens" qasırğası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Trend-in məlumatına görə, ən çox insan ölümü Şimali Karolinada qeydə alınıb - 26 nəfər.

Qeyd edək ki, 4-cü dərəcəli "Florens" qasırğası ABŞ-ın atlantik sahillərinə sentyabrın 14-ü yaxınlaşıb. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 75 kilometri keçmir.

Şimali və Canubi Karolinanın 27 mindən artıq sakini müvəqqəti sığınacaqlarda qalır. 100 mindən artıq insan elektrik enerjisiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti