Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Ş.Məmmədbəyov artıq çəkili olduğu üçün Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadası tərəfindən vətəndaşın xərəklə TTTYS-nın avtomobilinə daşınması mümkün olmayıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər Ş.Məmmədbəyovu xərəklə TTTYS-nın avtomobilinin olduğu əraziyə və digər ünvanda yerləşən mənzilə çatdıraraq həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.