...

Balaxanıda 350 manata satılan oğurluq maşın tapıldı

Hadisə Materials 4 Oktyabr 2018 14:02 (UTC +04:00)
Sentyabrın 20-də Sabunçu rayonu ərazisindən qaçırılmış “VAZ-2101” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb
Balaxanıda 350 manata satılan oğurluq maşın tapıldı

Bakı. Trend:

Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili cari il sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti