Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunda yerləşən mağazalardan birində oğurluq olub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Mərdiyev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.