...

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb

Hadisə Materials 26 Oktyabr 2018 11:20 (UTC +04:00)
Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb
Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb

Bakı. Samir Əli - Trend:

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 25 oktyabr 2018-ci il tarixində saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti