...

Ölkədə bir gündə 117 cinayət baş verib

Hadisə Materials 17 Noyabr 2018 10:39 (UTC +04:00)
Noyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb.
Ölkədə bir gündə 117 cinayət baş verib

Bakı. Samir Əli - Trend:

Noyabrın 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən 117 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin cinayətlərin 11-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti