...

Ötən gün yol qəzalarında 5 piyada dünyasını dəyişib

Hadisə Materials 20 Noyabr 2018 13:36 (UTC +04:00)
Ötən gün yol qəzalarında 5 piyada dünyasını dəyişib
Ötən gün yol qəzalarında 5 piyada dünyasını dəyişib

Bakı. Samir Əli - Trend:

Ötən gün yol qəzalarında 5 piyada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 19-da saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kamil Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zülfü Mustafanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Noyabrın 19-da saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Mahir Əmirov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Fikrət Şahbazovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Noyabın 19-da saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Cəlilabad rayon sakini Şahin Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Maral Bədəlovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Noyabrın 19-da saat 21 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini Valeh Qasımov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Seymur İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Noyabrın 19-da saat 21 radələrində Salyan rayonunun Çuxanlı kəndi ərazisində rayon sakini Vaqif Tağıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Rövşən Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər 5 faktla bağlı müvafiq araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti