...

Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

Hadisə Materials 21 Noyabr 2018 03:50 (UTC +04:00)
Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb
Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

Bakı. Trend:

Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb.

Ərazilərini Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 20 Noyabr tarixində 1994-cü ildə erməni işğalından azad olunmuş Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Agentlik tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı sahədə yerləşən 2 su quyusuna baxış keçirilərkən Agentliyin minaaxtaranları tərəfindən 15 (on beş) ədəd OZM-72 piyada əleyhinə mina (PƏM), 1 (bir) ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və 1 (bir) ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.

Mina sahəsinin ümumi ölçüsü 303 211 kv.m. təşkil edir. İndiyədək 266 701 kv.metr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmiş, 3 ədəd partlamamış hərbi sursat (PHS) (2 ədəd 60 mm-lik minaatan mərmi və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (1 ədəd TM-57 tank əleyhinə mina (TƏM), 1 ədəd TM-62P tank əleyhinə mina (TƏM), 18 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM) və 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkar olunub.

Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti