...

Tovuzda yanğın - 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 23 Noyabr 2018 13:44 (UTC +04:00)
Tovuzda 4 otaqlı ev yanıb.
Tovuzda yanğın - 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Tovuzda 4 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Cəlilli kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti