...

Zığda yolu keçən piyadanı maşın vurdu

Hadisə Materials 11 Dekabr 2018 18:51 (UTC +04:00)
Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub
Zığda yolu keçən piyadanı maşın vurdu

Bakı. Trend:

Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 23 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində qəsəbə sakini Tural İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İlkin Zamanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti