...

"Hollywood" müştərisi kinoklubdan "Ailə TV Player"i oğurlayıb

Hadisə Materials 23 Yanvar 2019 17:15 (UTC +04:00)
Ötən gün Bakının Badamdar qəsəbəsində yerləşən “Hollywood Deluxe Cinema” klubunda qeyri adi oğurluq hadisəsi baş verib.
"Hollywood" müştərisi kinoklubdan "Ailə TV Player"i oğurlayıb

Bakı. Trend:

Ötən gün Bakının Badamdar qəsəbəsində yerləşən “Hollywood Deluxe Cinema” klubunda qeyri adi oğurluq hadisəsi baş verib.

Ailə TV-dən Trend-ə verilən məlumata görə, müştərilərdən biri kinoklubda film və televiziya kanallarını izləmək üçün nəzərdə tutulan Ailə TV Player cihazını götürüb gedib.

Nöbəti gün cinayət törətmiş şəxs Ailə TV-yə müraciət edərək cihazın özünə məxsus olduğunu bildirib və onun nömrəsi ilə yeni qeydiyyat aparılmasını xahiş edib. Lakin bu zaman sistemdə cihazın “Hollywood Deluxe Cinema” klubunu məxsus olduğu müəyyənləşib və müştəri özünü şübhəli apardığı üçün həmin kinoklubun rəhbərliyi ilə məsələ dəqiqləşdirilib, nəticədə məlum olub ki, cihaz oradan müştəri tərəfindən oğurlanıb. Oğurluq hadisəsi kinoklubun müşahidə kameraları tərəfindən qeydə alınmayıb çünki konfidensiallıqın qorunması məqsədilə kinoklubun otaqlarında kamerelar quraşdırılmayıb, hal-hazırda cinayət törətmiş şəxsin axtarışı davam edir.

Qeyd edək ki, bütün “Hollywood Cinema” kinoklublarında Ailə TV Player cihazları quraşdırılıb, bu cihazlar Ailə Cinema xidmətinə qoşulmaqla istənilən filmi izləmək imkanı verir, eyni zamanda 210-dan çox TV kanal da izləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti