...

Qubada evdən 37 min manat oğurlanıb (FOTO)

Hadisə Materials 13 Fevral 2019 12:12 (UTC +04:00)
Qubada evdən 37 min manat oğurlanıb
Qubada evdən 37 min manat oğurlanıb (FOTO)

Bakı. Trend:

Qubada evdən 37 min manat oğurlanıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti