...

Astara sakinindən 6 kq-a yaxın marixuana götürülüb

Hadisə Materials 22 Fevral 2019 18:28 (UTC +04:00)
Astara sakinindən 6 kq-a yaxın marixuana götürülüb
Astara sakinindən 6 kq-a yaxın marixuana götürülüb

Bakı. Trend:

Astara sakinindən 6 kq-a yaxın marixuana götürülüb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sərək kənd sakini R.İsmayılova narkotik vasitə satmaqda şübhəli bilinən həmkəndlisi F.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 30 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Əliyevin yaşadığı evdən isə əlavə olaraq 5,6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti