...

Şəkidə 52 yaşlı kişi itkin düşüb

Hadisə Materials 5 Mart 2019 11:33 (UTC +04:00)
1967-ci il təvəllüdlü Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.
Şəkidə 52 yaşlı kişi itkin düşüb

Bakı. Samir Əli - Trend:

1967-ci il təvəllüdlü Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, evdən çıxanda əynində qara rəngli palto və şalvar, göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. Boyu 167 sm, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti