...

Şəki sakini narkotiklə saxlanılıb

Hadisə Materials 9 Mart 2019 10:47 (UTC +04:00)
Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanılıb
Şəki sakini narkotiklə saxlanılıb

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Nail Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 470 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti