...

Bakıda bank hesabından oğurluq edən şəxs tutulub

Hadisə Materials 19 Mart 2019 15:41 (UTC +04:00)
Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.
Bakıda bank hesabından oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bank hesabından oğurluqla bağlı müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti