Bakı. Trend:
Salyanda yanğın qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Salyan rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.