...

Tailandda avtobus qatarla toqquşdu - 6 ölü, 9 yaralı

Hadisə Materials 12 Aprel 2019 10:38 (UTC +04:00)
Tailandın Lopburi şəhərində sərnişin daşıyan mikroavtobusun hərəkətdə olan qatarın yoluna çıxması ağır qəzaya səbəb olub.
Tailandda avtobus qatarla toqquşdu - 6 ölü, 9 yaralı

Bakı. Trend:

Tailandın Lopburi şəhərində sərnişin daşıyan mikroavtobusun hərəkətdə olan qatarın yoluna çıxması ağır qəzaya səbəb olub. Trend-in məlumatına görə, qəza nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər ağır yaralanıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Şlaqbauma məhəl qoymadan dəmir yolu xəttinə çıxan avtobusu qatarın sürücüsü görsə də, qatarı saxlamaq mümkün olmayıb. Toqquşma nəticəsində avtobus beton plitələrə çırpılıb.

Qəza vaxtı həmin ərazidə işıqlandırma olmadığı üçün avtobus sürücüsünün şlaqbaumu görməməsi ehtimal edilir.

Qəza nəticəsində sağ qalan sürücünun ifadəsinin alınacağı və bundan sonra qəzanın dəqiq başvermə səbəbi barədə açıqlama veriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti