Bakı. Trend:
İsveçrədə iş adamı Telman İsmayılov barəsində cinayət işi qaldırılıb.
Trend-in "Kommersant"a istinadən verdiyi məlumata görə, T.İsmayılov İsveçrədə 3 iqtisadi cinayətdə şübhəli bilinir.
Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi (borclunun əmlakına həbslə bağlı dələduzluq, kreditorun ziyanına aktivlərin azaldılması və aktivlərin çıxarılması) üzrə iş açılıb.
Daha ağır cəza kimi onu 3 ildən 5 ilədək həbs gözləyir.