...

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 19 Aprel 2019 12:42 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş Rzayev Rəşad Abasağa oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman idman çantasının içərisində olan şalvarın cibində xüsusi üsulla gizlədilmiş bükülüldə 2,228 qram narkotik maddə - “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti